Vüsalını diləyən canı həm cahanı nedər?
Vüsalını diləyən canı həm cahanı nedər? Şol abi-kövsəri içən nedər, bu canı nedər?
Məhəbbət əhlinə eşqin yetər, nedər zöhdü, Şol asiyyə bu ziyanı bilən, ziyanı nedər?
Camalını görən, ey rövzənin gülüstanı, Irəm sarayını, ya səhni-gülsütanı nedər?
Bəqayi-eşqin ilə canı cavidan olanın, Bu cismi-faniyə ayruq nə hacət, anı nedər?
Qaşın hilalına baxıb görən üzün ayını, Zavallı günəşi, ya mahi-asimanı nedər?
Səni bəşərdə bilən kim, nə gizli gövhərsən, Bu kainata nə qılsın, ya bəhrü kanı nedər?
Boyun çinarını arzulayan ulu himmət Çəməndə hərzə bitən sərvi-busitanı nedər?
Həqiqət əhlinə eynəl-yəqin yəqin oldu, Yəqinə uğrayan ayruq xəta gümanı nedər?
Məkansız oldu Nəsimi, məkanı yoxdur anın, Məkana sığmayan ol biməkan, məkanı nedər?
Lüğət: Şol – O; Zöhd – Asketizm; Ziya – Parıltı; Rövzə – Bağ; Ayruq – Ayrı B; Mahi – Balıq; Bəhr – Dəniz; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi