Vüsalından sənin dur oldu könlüm
Vüsalından sənin dur oldu könlüm, Qəti bizarü bizur oldu könlüm.
Dili-viranimə ta gəldi eşqin, Sanasan beyti-mə’mur oldu könlüm.
Cəmalın ta ki, gördüm, ey pəriru, Yüzün şövqilə pürnur oldu könlüm.
Cəfavü möhnətin ta gəldi canə, Bəlalərdən qamu dur oldu könlüm.
Gözündən çün irağ oldu Xətayi, Qəti bimarü rəncur oldu könlüm.
Lüğət: Dur – uzaq; Dili – şeyda – vurğun ürək, sevən könül; Mur – qarışqa; Qamu – hamı; Bimar – xəstə; Rəncur – incimiş