Vüsalın zövqünə kölgən sənin hər ləhzə mayildir
Vüsalın zövqünə kölgən sənin hər ləhzə mayildir, Nə fayda, bu səadətdən özü biçarə qafildir.
Yanında müşkülü həll eyləmək müşkül deyil, amma Ona bu müşkülü açmaq özü bir əmri-müşkildir.
Yuxu qaçmış gözümdən, yoxsa görmüş mərdümi-çeşmim Tökərlər qan, həramilər üçün sanmış ki, mənzildir.
Əgər bir kimsəyə sirrim nihan qalmaz, əcəb sanma, Könül səndə əmanətdir, bu sirrə qeyri cahildir.
Gözəllik dəftərində çün görən yoxdur vəfa ləfzi, Gözəllərdən vəfa ummaq özü bir fikri-batildir.
Bəla torpağına hər kəs ayağı bağlıdır gül tək, Başı əflakə yüksəlmək onun şəninə şamildir.
Cünun mülkündə insanlar olur hər qeyddən azad, Füzuli tərk qılmaz bu diyari, çünki aqildir.