Əsas məzmuna keç

Qəzəl

Vurursan, ey gözəlim, qəmzə oxları bu qədər

Məhəmməd Füzuli

1

Vurursan, ey gözəlim, qəmzə oxları bu qədər, Dolar bir anda bu aləm cəsədlə sərtasər.

Vəfalılardan əsirgərsən öz cəfa daşını, Bu, daşürəkliyinə bir dəlil deyilmi məgər?

Düyün vuranda telə qəsdi-canım eylərsən Və ya tora quş üçün dən səpirsən, ey dilbər?

Könül, iniltilərin ağlamaq sədası deyil, Gülərsən halına bir şad qəlb görsən əgər.

Başında varsa əgər zövqi-vəsli cananın, Gərək bu yolda daşa çırpasan dolu sağər.

Fəraq axşamının şəmiyəm, saqın, ey dust, Nəfəs çəkib mənə “yanma” desən həyat bitər.

Füzuli, eyləmisən fəqri intixab, aləm Sənin bu dövlətinə eyləyər həsədlə nəzər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.