Vücudun şəhrini fəth et, əmirü şəhriyar ol kim
Vücudun şəhrini fəth et, əmirü şəhriyar ol kim, Bu şəhri kim ki, fəth etdi, əmirü şəhriyar oldu. Mən ol Mənsuram, ey arif ki, həqdən bulmuşam nüsrət, Ənəlhəq söylərəm daim ki, ömrüm payidar oldu. Hüvəl əvvəl, hüvəl axir gedər səndən ikilik kim, Nəsimi yar ilə çün kim ulaşdı, külli-yar oldu.