Əsas məzmuna keç

Qəzəl

Vücudum şəhrində buldum dürr ilən dürdanə mən

Şah İsmayıl Xətai

1

Vücudum şəhrində buldum dürr ilən dürdanə mən, Mən ani ərz etmənəm hər cahilü nadanə mən.

Küfrü iman sirrini bildim ki, mə’nidə nədir, Yüzümü döndərmişəm andan bərü rəhmanə mən.

Gör necə zari verür ol lə’nəti şeytan mana, Dünü gün lə’nət oxurmən lə’nəti-şeytanə mən.

Versə idi kamimi ol şahü sultanım mənim, Canımı qurban qılayım ol şəhü sultanə mən.

Mən Xətayi çəkmənəm ğəm, çünki ənəlhəq dedim, Çəkmişəm Heydər təki meydanda hu mərdanə mən.

Lüğət: Dürr – inci; Küfr – inamsızlıq, kafirlik; Ənəlhəq – haq mənəm, gerçək mənəm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.