Əsas məzmuna keç

Qəzəl

Vücudini bu könlüm can demişdir

Şah İsmayıl Xətai

1

Vücudini bu könlüm can demişdir, Ləbini lə’l ilə mərcan demişdir.

Saçın rəngin şəbi-qədr oxuyanlar Yüzün nurin məhi-taban demişdir.

Bu könlüm eşqini, ey qəmgüsarım, Vücudim şəhrinə sultan demişdir.

İki gözüm yaşı hər dəm yüzimə Birin Nilü, birin Ümman demişdir.

Əyağın tozinə, ey nuri-rəhman, Xətayi canını qurban demişdir.

Lüğət: Nuri – rəhman – ilahi nur; Taban – parlaq; Rəhman – şəfqətli, rəhmli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.