Əsas məzmuna keç

Qəzəl

Vücudin rövzeyi-rizvan degilmi?

Şah İsmayıl Xətai

1

Vücudin rövzeyi-rizvan degilmi? Cəmalın nəzhəri-insan degilmi?

Budur ərşin məcidi qülhüvəllah, Kişi kim, bilməyə, heyvan degilmi?

Vücudi-Mustafadan oldu Adəm, Risalət qapusu Qur’an degilmi?

Əli sirrin nə bilsün hər münafiq, Münafiq qibləsi şeytan degilmi?

Xətayi sirridir tahavü yasin, Durubdur ortada mizan degilmi?

Lüğət: Rövzeyi – darüssəlam – cənnət bağı; Rizvan – behişt, behişt qapısı; Sirri – əf’al – işlərin sirri; Münafiq – günahkar, düşmən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.