Əsas məzmuna keç

Qəzəl

Vücudi-Müstafa əsma degilmi

İmadəddin Nəsimi

1

Vücudi-Müstafa əsma degilmi? Bu sirri bilməyən ə’ma degilmi?

Müsəmmadır xəfi, ey kənzi-məxfi, Şühudu kənzi-həq ixfa degilmi?

Kitabi-həl-ətavü sirri-tənzil Qaşınla zülfün öv ədna degilmi?

Təqərrüb, ya həbibülhəqq mənə, Vücudun məscidül-əqsa degilmi?

Səmavat ilə ərziyyət bil kim, Mədari-lamü bey ə’la degilmi?

Zühuri-nuri-Ibrahimü Haşim, Bədini-Müstafa əzha degilmi?

Təcəlliyi-cəmali-laməkanı Müsafi-həq üzün əsva degilmi?

Təmənnayi-liqayi-həq-təala, Məzahir qibləsi ula degilmi?

Camali-Mustafa gördü Nəsimi, Üzük övhavü ma-övha degilmi?

______________________Milli Kitabxana_______________________

Lüğət: Əsma – Adlar; Kənz – Xəzinə; Laməkan – Məkansız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.