Vətəndə ellərimizçin zəkalıdır dilimiz
Vətəndə ellərimizçin zəkalıdır dilimiz. O hər məcalisə layiqdir, alidir dilimiz.
Sevimlidir hamıya sevgili nigar kimi, Şirin danışmaq üçün bal dadlıdır dilimiz
Xəzinələr dolusu min cürə cəvahirdən, Bahalı olduğuna ən bahalıdır dilimiz.
Açıq göz ilə baxanda baxarlı tarixə, Qədim, şanlı, şərəfli binalıdır dilimiz.
Nə qədr qətlinə təzyiq edibsə zalımlar, Yenə günəş kimi parlar, ziyalıdır dilimiz.
Könül, qəm eyləmə, azadədir Azərbaycan, Hanı o kəs ki, deyərdi, xətalıdır dilimiz.
Şəfai, indi ədalətdir, öz dilündə danış. Bu odlar ölkəsinin bir calalıdır dilimiz.