Əsas məzmuna keç

Qəzəl

Vəslinə kim ki irmədi, dərdü əzab içindədir

İmadəddin Nəsimi

1

Vəslinə kim ki irmədi, dərdü əzab içindədir, Lə’lini kim ki sormadı, təşnə sərab içindədir.

Könlüm içində surətin can kimi qılmışam yerin, Gövhəri-küntü-kənzi gör kim, nə xərab içindədir.

Şəm’i-rüxün hərarəti cuşə gətirdi aləmi, Gör necə yanar od imiş kim, bu kabab içindədir.

Qəndü nabatü şəkkərin ləzzətini unutmuşam, Ta ki, bənimlə ləblərin nazü itab içindədir.

Kim ki qaşınla olmadı sübhi-əzəldə aşina, Ta əbəd ol qaragünün bəxti səhab içindədir.

Sirri-səqahüm rəbbihüm zahidə sorma kim, anı Arifi-rəbbihüm bilir kim, bu şərab içindədir.

Zöhdə dəlalət eylərəm, eşqə həris olur könül, Mən nə şümara düşmüşəm, ol nə hesab içindədir.

Düşdü cahana qülqülə fitnəli nərgisindən uş, Fitnələrin gör, anı sən sanma ki, xab içindədir.

Şəmsü qəmər əgər üzün tabına düşmədi, nədən Eşqə əsir olan kişi atəşü ab içindədir.

Surətinin sifatına valehü heyran olmuşam, Gözdən əgərçi surətin tərfi-niqab içindədir.

Zülfü qaşın Nəsimiyə vəchi-həsəndir, ey sənəm, Cim ilə nun bu hüsn ilə qansı kitab içindədir?

Lüğət: Sərab – İlğım; Kənz – Xəzinə; Aşina – Tanış, dost; Şümar – Say T; Xab – Yuxu; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.