Vəslin mənə novruz, gecəsi oldu müyəssər
Vəslin mənə novruz, gecəsi oldu müyəssər, Sanki o gecəm gündüz ilə oldu bərabər.
Güldün gecəni sübhə kimi şəm ilə, ey yar, Yanmaq mənə, pərvanələrə oldu müqərrər.
Ud yandı həssədən ki, neçin bəzmimi ətrin Etmiş sənin, ey qönçədəhən, böylə müəttər.
Açdım saçını, vardı səbəb, nazlı nigarım, Müşk ətrin ilə doldu həva, oldu müənbər.
Saçmışdı çıraq mənzilimə nurunu, lakin Sən gəldin, ay üzlüm, otağım oldu münəvvər.
Şadlıq mənə üz verdi vüsalın qələmilə, Qəlbimdə hər arzum var idi, oldu müsəvvər.
Dün bəzmgəhim bir çəmən olmuşdu, Füzuli, Dildarım idi çün mənim ol sərvi-səmənbər.