Vəslin mənə həyat verir, firqətin məmat
Vəslin mənə həyat verir, firqətin məmat, Sübhanə xaliqi xələqəl movtə vəl-həyat1.
Hicranına təhəmmül edən vəslini bulur, Tuba limən yusaidühüs-səbrü vəs-səbat2.
Mehrindir iqtinai-məqasid vəsiləsi, Ma şaə mən əradə, bihil-fovzu vən-nəcat3.
Tökmüş riyazi-təb’imə barani-şövqini, Mən ənzələl-miyahə və əhya bihin-nəbat4.
Həq afərinişə səbəb etdi vücudini, Əvcəbtə biz-zühuri zühurəl-mükəvvənat5.
İyzəd səriri-hüsnə səni qıldı padişah, Ə’la kəmalə zatikə fi əhsənis-sifat6.
Qıldın ədayi-nə’t, Füzuli, təmam qıl, Kəmmilhu bis-səlami və təmmimhu bis-səlat7.
Lüğət: Tuba – cənnətdə bitən ağac; Məqasid – məqsədlər; Riyaz – bağça; Baran – yağş; Sərir – taxt