Əsas məzmuna keç

Qəzəl

Vəslin əcəb nə candır kim, canımış bəhası

İmadəddin Nəsimi

1

Vəslin əcəb nə candır kim, canımış bəhası, Üzün nə nurimiş gör kim, göz qıpar ziyası.

Hər kim səni deməzsə rəhman sifətli həqsən, Itirmiş ol qaragün həqq ilə həqşünası.

Nəqqaşı nəqş içində hüsnündə gördü zahir, Güzgüsünün üzündən hər kim gedirdi pası.

Cəmşidi-aləm oldur mə’nidə, ey qəmər kim, Fərxəndə surətindir cami-cahannüması.

Məstanə gözlərindən düşdü cahana qovğa, Ağını desəm anın, ya gözləri qarası.

Ala gözündə həq çün yazmış on iki ayət, Uş müshəf, üştə təfsir, uş eyninin alası.

Ey zahid, uşbu meydən faş oldu sirri-vəhdət, Tərk et ikiligi kim, bir rəngimiş boyası.

Sufi boyandı alə, alindən olma qafil, Neçin ki, alı çoxdur zərq əhlinin libasi.

Xubun üzünə baxmaq zahid xətadır, aydır, Fikri xətadır anın, əgridürür qiyası.

Dünyavü axirətdə azad idim əliftək, Çəkdi məni bəlaya balasının bəlası.

Səndən səni Nəsimi çün istədivü buldu, Bildi ki, həq qatında məqbul imiş duası.

Lüğət: Ziya – Parıltı; Qəmər – Ay; Fərxəndə – Xoşbəxt; Cami – müsəffa – Saf şərab; Müshəf – Kitab; Zərq – Hiylə, yaltaqlıq; Qiyas – Müqayisə, bənzərlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.