Əsas məzmuna keç

Qəzəl

Vəhdətin şəmsi üzündür, laməkanı göstərir

İmadəddin Nəsimi

1

Vəhdətin şəmsi üzündür, laməkanı göstərir, Zi kəmali-nəqşi-qüdrət bu nişanı göstərir.

Sureyi-səb’ülməsanidir, camalın, ey günəş, Surəta mə’ni mənə səb’ülməsani göstərir.

Zilli-sanidir saçın, inna ileyhür-raciun, Qül kəfanın afitabı xoş məani göstərir.

Hüsnünə heyran olubdur mahü xurşidi-səma, Mahü xurşidin camalı bu bəyanı göstərir.

Mə’dəni-lö’lö dişindir, cövhəri bilməz anı, Cövhəri cövhər nə bilsin kim, dəhanı göstərir.

Vəl-qələmdən kafü nunun katibi şəqq eylədi, Cə’bədən şəqqül-qəmər gör kim filanı göstərir.

Laməkanidir vücudun, qül təbarək, ya həbib, Gəl məkanı gör, məkansız kün-fəkanı göstərir.

Eşq meydanında gəl, də’vi nədir, ey pirhünər, Də’viyə mə’ni gərəkdir, tərcümanı göstərir.

Cənnətin mülkünə düşmüşdür Nəsimi la-yəzəl, Dari-üqbada məgər ruhi-rəvanı göstərir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Laməkan – Məkansız; Sani – İkinci; Afitab – Günəş; Məani – Mə’nalar; Xurşid – Günəş; Dəni – Alçaq; Dəhan – Ağız; Qəmər – Ay; Həbib – Dost, sevgili; Üqba – O dünya

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.