Əsas məzmuna keç

Qəzəl

Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir?!

Məhəmməd Füzuli

1

Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir?! Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?

Göz yoludur ki, könül mülkünə xublar girər ondan, Tutma, ey əşk, onu billah ki, əcəb rahgüzərdir.

Nə gühər bulsa bəgənməz, buraxır yazıya dərya, Qaliba, kim ona məqsud dişin kimi gühərdir.

Eşq eybini bilibsən hünər, ey zahidi-qaftl, Hünərin eybdir, əmma dedigin eyb hünərdir.

Sitəmin gərçi yamandır, onu tərk elləmə, billah Ki, təğafül, sitəmindən dəxi əlbəttə, betərdir.

Axir olmaz necə kim, göz yaşı axarsa, həmana Ki, dəmadəm ona imdad qılan xuni-cigərdir.

Sərsəri basma qədəm eşq təriqinə, Füzuli, Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir.

Lüğət: Vəh – aydınlıq, aşkarlıq; Məddi – nəzər – görmə hüdudu, üfüq, gözün qeyri-ixtiyari olaraq bir nöqtəyə dikilməsi, gözün yol çəkməsi; Əşk – göz yaşı; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Xuni – qanlı, qatil

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.