Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç
Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç, Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.
Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan, Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç.
Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir, Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç.
Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan, Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç.
Həsiri aləti-təzvir edib əgləşmə məsciddə, Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç.
Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil, Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç.
Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət, Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç.