Əsas məzmuna keç

Qəzəl

Vəchinə baxgəc göründü gözümə məh parəsi

Şah İsmayıl Xətai

1

Vəchinə baxgəc göründü gözümə məh parəsi, Olmuşam ruzi-əzəldən firqətin biçarəsi.

Dərdimə dərman gərək qapuna gəldim, ey həbib, Bimişəm səndə yəqindir uşdə dərdim çarəsi.

Görəli şirin ləbin eşqində Fərhad olmuşam, Olmuşam Məcnun kimi ol Leylinin avarəsi.

Diləgim bu idi həqdən, ey həbibim, sübhü şam; Yar əlindən ola yarə canda, eşqin yarəsi.

Ey Xətayi, firqətin çək, ta vüsalın bulasan, Bəs yavuq qılmış vüsalin birlə hicran arəsi.

Lüğət: Məh – ay; Firqət – ayrılıq; Həbib – dost; Leyli – yelda – qışın ən uzun gecəsi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.