Vəchində peydadır sənin ənvari-zati-kibriya
Vəchində peydadır sənin ənvari-zati-kibriya, Ol yüzə qarşu dəxi şərməndədir şəmsüz-züha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm, Fərhadvar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadan mana saqi içirdi bir qədəh, Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir. Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Mən cahilü nadan idim, ol hüsn içün heyran idim, Ta gənc ikən pünhan idim, şimdi gözümdən zahira.
Eynül-yəqin hər sirrinə idrak edən insan idim, Ey mə’rifətdən bixəbər, insafə gəlgil (bidəğa).
Canü cəhani sizsizin neylər Xətayi xəstə dil, Səndən müdam ehsan dilər, çünki gədadır binəva.
Lüğət: Peyda – aşkar, tapılmış; Şərməndə – utanan, xəcalət; Leyli – yelda – qışın ən uzun gecəsi; Cüda – ayrı; Müsəffa – saflaşdırılmış; Sufi – səqərlat – sufilərin geydiyi yun paltar; Hüsn – gözəllik; Gənc – xəzinə; Dil – ürək; Müdam – davamlı, həmişə