Vəchdən dilbər götürmüşdür niqab
Vəchdən dilbər götürmüşdür niqab, Qəd nəcatəm min şitab illa nəcab.
Qalə təbtəm, sirri çün qaşi, gözü İz əbəd aydır hürufi-lil-hicab.
Əmr çün gəldi bəşarətlər bizə, Min həbibi indəhü elmül-kitab.
Latələzmu gəldi əyyami-vüsal, İz fətəhtüm eyyühəl-üşşaq bab.
İz rəfə-təl hicb, bir baxın bizə, Fənzəru fil-yovm qeyrən-niqab.
Layənalu bu qapıdan getməniz, Zinqədər hərrəm əleynəl-ictinab.
Əsməu Seyyid kim, aydır uş sizə; Və’ləmü vəllahü ə’ləm bissəvab.
Əcəb lə’linmi şol, ya cani-əhbab? Əcəb zülfünmü, ya zənciri-pürtab?
Gözümdən axan, ey dilbər, qəmindən Əcəb xunabəmi, ya əşki-innab?
Əcəb qəddinmi şol, ya sərvi-bustan, Əcəb xəddinmi şol, ya vərdi-sirab?
Əcəb eyninmi şol, ya sehri-Babil, Əcəb dişinmi şol, ya lö’löi-nab?
Əcəb üzünmü şol, ya xirməni-gül, Əcəb qaşınmı şol, ya taqi-mehrab?
Əcəb şol məsti-sevdayi-moğolçin, Mənim bəxtimmidir, ya çeşmi-pürxab?
Nəsiminin gözü yarın qəmindən Dürün dürcümidir, ya bəhri-simab?
Lüğət: Həbib – Dost, sevgili; Üşşaq – Aşiqlər V; Bab – Qapı; Şol – O; Pürtab – Qıvrım; Vərd – Qızılgül; Çeşm – Göz; Pürxab – Yuxulu; Yarın – Səhər; Bəhr – Dəniz