Varmı bir aşiq ucalsın, naləsi naləm kimi
Varmı bir aşiq ucalsın, naləsi naləm kimi, Hankı bir qəlb içrə var, qəlbimdəki bu qəm kimi?!
Sevdigim ol dilbəri-məhparə hicrində mənim. Gənc ikən qəddim büküldü, ah, piri-xəm kimi.
Mən yetərdim kuyi-yarə, bunca ahü zarilə, Qoymadı əğyar, uzaqlaşdırdı naməhrəm kimi.
Eşqimi izhar üçün naləm ucaldı göylərə, Səpdi bu göz yaşımı gülşənlərə şəbnəm kimi.
Eşq sirrindən xəbərdar olmayanlar söylədi: Bax buna, divanədir, məcnuni-bi-həmdəm kimi.
Danəi-xalın xiyalımdan keçib, etdim təmə, Qovdular Firdovsi-kuyindən məni, Adəm kimi.
Ey Şəfai, hər fəraqə bir vüsal olmaq üçün, İmtahan olmuş bir aləm, yoxdu bu aləm kimi.