Varlıq qapısın mən üzümə bağladığımdan
Varlıq qapısın mən üzümə bağladığımdan, Bilməz ki, varam, ya ki, yoxam bir nəfər insan.
Peyman elə, zahid dedi, peymanəni sındır, Peymanə əlimdə, qıraram yüz elə peyman.
Keçdin, ətəyin tutmağa yol vermədi heyrət, Ömr ötdü, bəhər görmədi qəflətdə olan can.
Zənciri-cünundan məni əql eylədi məhrum, Divanə olub əql ilə tutdum ona divan.
Gördüm səni, yumdum gözümü cümlə cəhanə, Gər bir şeyi atdım, səni tək tutdum, a canan!
Ahimlə müsahiblərimi şam kimi yaxdım, Dövrəmdə gəzinməz daha nə dost, nə düşman.
Salmaz başıma sayəsin ol sərv, Füzuli, Qalmışmı gəda qeydinə bu dövrdə sultan?