Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm, Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi, Xəyali zülfünə bağlı gedibdir can, ölürəm.
Bahari-hüsnün əra gör necə xəzanəm mən, Bahar laləsi tək bağrım oldu qan, ölürəm.
Vərəq-vərəq dilü can hicrin içrə odlaşdı, Misali-kəncəfə sədparə oldu can, ölürəm.
O xaki-payini mən aşiyanə etmiş idim, Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.
Dedin ki, çək əlini damənimdən, əl çəkdim, Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm.
Çəkirdim həsrətini, görmədim, xudahafiz! Olubdur indi işim naləvü fəğan, ölürəm.
Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş, Qədər büküb belimi, eyləyib kəman, ölürəm,
Fəraqdən tükənib tabü taqətim, billah, Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.1
Lüğət: Hicr – ayrılıq; Laməkan – məkansız, yersiz; Tərəhhüm – mərhəmət göstərmək; Natəvan – qüvvəsiz, halsız, köməksiz