Əsas məzmuna keç

Qəzəl

Var ümidim ki, görüb cövlanını olsam həlak

Məhəmməd Füzuli

1

Var ümidim ki, görüb cövlanını olsam həlak, Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.

Öldügüm mənzildə dəfnim qılmağa sanmın ləhəd, Yer görüb qürbətdə əhvalım, giriban etdi çak.

Məst can verdim, məzarım üzrə tə’zim eyləyib, Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak.

Çün cəfa mö’tadiyəm, bilmən nədir mehrü vəfa, Bilməsə mehrü vəfa rəsmin cəfakarım, nə bak.

Hər küdurətdən məni pak etdi seyli-xuni-dil, Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.

Ah, bilmən neyləyim, canımda rahət qalmadı, Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak.

Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən, Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak1.

Lüğət: Gərd – toz; Ləhəd – qəbr; Əngur – üzüm; Tak – üzüm budağ, tənək; Xuni – qanlı, qatil; Dərdnak – dərdli

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.