Var nə təqsirim yenə mən çeşmi-yardan düşmüşəm
Var nə təqsirim yenə mən çeşmi-yardan düşmüşəm? Mötəbərdim, heyf, indi etibardan düşmüşəm.
Yar kuyindən cida heyranam öz əhvalıma, Bu bəlalı qürbətə doğma diyardan düşmüşəm.
Bircə yol gül üzlülər lütf ilə baxmazlar mənə. Bilsələr də xar olub mən ixtiyardan düşmüşəm.
Görmürəm bir əhli-dil, öldüm cahanda kimsəsiz, Xəlq içindən mən kənarəm, iqtidardan düşmüşəm.
Piçü tabdan saldı cananım bu canım riştəsin, Mən bu halə rişteyi-zülfi-nigardan düşmüşəm.
Neyləyim ki, öldürür minbir əzabla ruzigar, Oxlanan ov tək tora mən ruzigardan düşmüşəm.
Bülbüli-ərşəm, Füzuli, mənzilim cənnət bağı, Bu yerə biixtiyar ol laləzardan düşmüşəm.