Əsas məzmuna keç

Qəzəl

Var canda arizusu vüsali-Məhəmmədin

Məhəmməd Füzuli

1

Var canda arizusu vüsali-Məhəmmədin, Gözlərdə intizari cəmali-Məhəmmədin.

Cismim hilalə dönsə də, dövran deyil səbəb, Yadilə incəlibdi hilali Məhəmmədin.

Çəkmiş bu tazə dağləri qəmli sinəmə, Şövqi-vüsali-daneyi-xali Məhəmmədin.

Qəlbimdə özgə mehri üçün qalmayıbdı yer, Olmuş bu mülk vəqfi-xəyali Məhəmmədin.

Ayinə tək bu tutiyi-nitqim zaman-zaman, Vəsfindədir sifati-kəmali Məhəmmədin.

Etmiş Füzuli qeyrilərin tərk mehrini, Eşqindədir Məhəmmədin, ali-Məhəmmədin.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.