Var bu sinəmdə oxundan yüz yara hər dəm mənim
Var bu sinəmdə oxundan yüz yara hər dəm mənim, Sineyi-çakim olub sanki dəmirdən cövşənim.
Səcdeyi-şükr eyləyərdim torpaq üstündə müdam, Mən öləndən sonra olsa kuyi-canan mədfənim.
Şəm ölüncə ağlayar, yoxdur mənimlə nisbəti, Sənsiz ölsəm də, kəsilməz bir dəqiqə göz nəmim.
Olmasa atəş əgər, şəmin olarmı şöləsi, Olmasa sevdiyi-eşqin, canı neylərdi tənim?
Məcnun öz eşqilə şöhrət tapdı, ancaq, sevgilim, Kim səni sevsə, bilər onda nədir halım mənim.
Bağiban, etmə mənə təklif gülşən seyrini, Yoxdur aləmdə onun kuyindən özgə gülşənim.
Dostumun eşqi, Füzuli, qoymasın məndən nişan, Bəsdir ox vurdu mənə tən ilə hər dəm düşmənim.