Əsas məzmuna keç

Qəzəl

Var bu cahandan özgə bizim bir cahanımız

İmadəddin Nəsimi

1

Var bu cahandan özgə bizim bir cahanımız, Surət bu aləm oldu bizə, ol məkanımız.

Zatına həyyü baqi demişlər bu cövhərin, Şol kim, bizim-cahanımız olmuş bu canımız.

Ey də’vət eyləyən bizi firdövsə, eylə bil, Cənnətdən özgə vardurur ə’la məkanımız.

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi, Andandır aşikara bu gənci-nihanımız.

Cövhərləri zühura gətirdi çü nitqi-həq, Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız.

Ol kim, bizim həqiqətimizdir xəyalımız, Yoxdur nişanı qılca, nə bilsin nişanımız.

Sən bu Nəsiminin dilini anla, bil sözün Kim, var bu dildən özgə bizim bir lisanımız.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Rövşən – Işıqlı; Gənc – Xəzinə; Bəhr – Dəniz; Lisan – Dil

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.