Əsas məzmuna keç

Qəzəl

Vaizi-şəhr özü iqrarına etsəydi əməl

Seyid Əzim Şirvani

1

Vaizi-şəhr özü iqrarına etsəydi əməl, Düşməz idi bu qədər din ilə dünyayə xələl.

Qovli-zahidlə əməl etməmişəm, həşr günü Var ümidim ki, mənə dadrəs olsun bu əməl.

Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk, Kafərəm çəksə əgər badeyi-gülfamdən əl.

Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir, İmtahan etmək üçün bircə də meyxanəyə gəl.

Xum ayağına qoyub başuvi, al dəstüvə cam, Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl.

Şövqdən köhli-Sifahan kimi dürtər gözünə, Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.