Vaiz bu qədər zəmmini etməzdi şərabın
Vaiz bu qədər zəmmini etməzdi şərabın, Bir bilsə idi ləzzətini badeyi-nabın.
Meyxarələrin halına dəxl eyləməsəydin Zahid, səni cənnətlik edərdi bu səvabın.
Şərbət içibən bəzmdə şirinlik olur kam, Vəsl aləmidir aqibəti bu şəkərabın.
Ey cam, gəlir nəkhəti-cənnət nəfəsindən, Adəm gətirib yer üzünə, yoxsa, türabın.
Ol-mah bizə vədeyi-təşrif edib axır, Ey didə, gəlir əvvəli-şəbdən niyə xabın?
Hüsnün olub ol səbzeyi-xətdən dəxi ziba, Ey mahi-pəriçöhrə, nədəndir bu hicabın?
Gər piri-müğan tutsa əlimdən, nola, zahid, Bir çakəri-dirinidi Seyyid o cənabın.