Əsas məzmuna keç

Qəzəl

Üzünü surəti-rəhman oxurlar

İmadəddin Nəsimi

1

Üzünü surəti-rəhman oxurlar, Xətini sünbüli-reyhan oxurlar.

Əliftək cövhəri-yekta boyundur, Dodağın çeşmeyi-heyvan oxurlar.

Boyun Tuba dedilər əhli-mə’ni, Belin incə, ləbin mərcan oxurlar.

Əzəldən çün üzündür Misri-came, Üzünü sərbəsər Qur’an oxurlar.

Üzün bağında bülbül, tuti, qumru Həzaran suz ilə dastan oxurlar.

Üzün nuruna hər kim oldu münkir, Ana lə’nət, adın şeytan oxurlar.

Bu gün çün hüsnünüzü yad edənlər, Üzün şəmsü məhi-taban oxurlar.

Nə hikmətdir, əya, ey hüsnü ziba, Səni aləmlərə sultan oxurlar?

Fəda qıl canını sən, ey Nəsimi Ki, canı yar üçün qurban oxurlar.

Lüğət: Həzaran – Yüzlərlə; Münkir – İnkar edən; Ziba – Gözəl

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.