Əsas məzmuna keç

Qəzəl

Üzünü güzgüyə qeybətdə oxşadan qafil

Məhəmməd Füzuli

1

Üzünü güzgüyə qeybətdə oxşadan qafil, Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.

Buraq niqab ki, bilsin kəmali-sün’i görüb, Firiştə xilqəti-Adəmdə şübhəsin batil.

Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə, Rəvamıdır, edəsən qədrin ayətin nazil.

Hərimi-kuyini göstər nümunə, eylə səvab Kim, ola cənnət içün xəlq taətə mail.

Səni qoyub, bütə eylər ibadətin kafir, Əzabi-duzəxə ol vəchdən olur qabil.

Həkimə nəfyi-qiyamət xətasını bildir, Qiyam göstər ona, e’tiqadın et zail.

Qərəz Füzuliyə ancaq əlində ölməkdir, Vəli məhaldır ol həm, sən olıcaq qatil.

Lüğət: Firiştə – mələk; Xilqət – xəlq olunmaq, yaranmaq; Hərim – məhrəm yer, yaxın adamların gedə biləcəkləri yer

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.