Əsas məzmuna keç

Qəzəl

Üzündür Turi-Sina, rəqqi-mənşur

İmadəddin Nəsimi

1

Üzündür Turi-Sina, rəqqi-mənşur, Bilindi üştə gör nuri-əla-nur.

Qaşındır qabə qövseyn, sidrə boyun, Qatında cənnətü rizvan, həm hur.

Üzün darüssəlam oldu, səlamın Yeridir Kə’bəvü həm beyti-mə’mur.

Anın şə’nindədir fəthi-qərib həm, Kəlam içində gör bu sətri məstur.

Qara çeşmindədir dövrani-aləm Ki, oldur cümlə əşya üstə mənzur.

Qiyamət qamətindən oldu zahir, Yəqin bu, qəddin üçün oldu məqdur.

Qamu əşyada sənsən qadirü şah, Qulundur qeysərü xaqanü fəğfur.

Sənin nitqindən oldu zində əşya, Bilindi həşrü nəşrü nəfxeyi-sur.

Çü natiqdir kəlami-həq üzündən, Görün bu sirri-pünhan oldu məşhur.

Nəsimidir əzəl canan əlindən Şərabi-kövsər içdi əz ləbi-hur.

Lüğət: Nur – İşıq; Sidrə – Lotos; Rizvan – Cənnət; Məstur – Gizli; Məqdur – Qüvvəçatan, qaçılmaz; Zində – Diri; Şərabi – nab – Saf şərab

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.