Əsas məzmuna keç

Qəzəl

Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım

İmadəddin Nəsimi

1

Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım, Əya, sərvi-sərəfrazım, fəda olsun sana canım.

Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan, Fəda olsun sana min can ki, sənsən şahü sultanım!

Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım, Əbirim, ənbərü mişkim, boyu sərvi-xuramanım.

Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim, Çü lə’lü yaqutum, dürrüm, şikarım, gövhərim, kanım.

Kəlamım, zikri-Qur’anım, kitabım, fikri-tövhidim, Namazım, razımü səcdəm, bəkülli cümlə ərkanım.

Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm, Cavabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım.

Həyatım, rahətim, mehrim, nicatım, ülfətim, zatım, Təbibim, şərbətim, Xızrım, vücudum, sihhətim, canım.

Əzəldəndir mənim dərdim, sözü gerçək, qəmər bədrim, Mühibbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım.

Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim, Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.

Lüğət: Ənis – Dost; Zikr – Xatırlama, söyləmə; Tövhid – Birlik; Qəmər – Ay; Bədri – müəmməm – Əmmaməli ay; Təriq – Yol; Həbib – Dost, sevgili

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.