Əsas məzmuna keç

Qəzəl

Üzündür lövhi-Musa, qamətin Tur

İmadəddin Nəsimi

1

Üzündür lövhi-Musa, qamətin Tur, Xətin Fürqan, üzündür rəqqi-mənşur.

Kəlimüllahın əsli sivü dü hərf, Camalın lövhü üzrə oldu məstur.

Saçındır küfrümüz, üzündür iman, Nə küfr, iman ilən zülmat olur nur.

Camalın küntə kənzidir, əya can, Mənim könlüm xarabın qıldı mə’mur.

Görən sənsən mənim eynimdə, yarəb, Nə nazirsən, nə mənzərsən, nə mənzur?

Boyun tuba, dodağın abi-heyvan, Rüxündür cənnəti-ədnü xətin hur.

Nəsimi sözünə qılın tətəbbö, Zi Fəzl oldu bu əbdi-Fəzlə dəstur.

______________________Milli Kitabxana_______________________

Lüğət: Məstur – Gizli; Nur – İşıq; Kənz – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.