Əsas məzmuna keç

Qəzəl

Üzündə surəti-rəhmanı gördüm

İmadəddin Nəsimi

1

Üzündə surəti-rəhmanı gördüm, Qaşında qafu vəl-Qur’anı gördüm.

Oxudum dərsi-hüsnün ayətini, Yeddi müshəf kimi Fürqanı gördüm.

Məhəmməd ümmətindən sən doğalı, Səni gözəllərin sultanı gördüm.

Bizim məqsudumuz didarınızdır, Oxudum dəftəri-divanı gördüm.

Məmat olmaz könül darül-fənada, Ləbintək çeşmeyi-heyvanı gördüm.

Züleyxatək bu gün dərdə giriftar, Həzaran Yusifi-Kən’anı gördüm.

Nəsimitək bu gün hər kim verər can, Yəqindir, gər desə cananı gördüm.

Lüğət: Müshəf – Kitab; Məmat – Ölüm; Darül – qürur – Qürur evi – Bu dünya mənasında; Həzaran – Yüzlərlə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.