Əsas məzmuna keç

Qəzəl

Üzün mehrindən, ey dilbər, həqin ənvarı-lame’dir

İmadəddin Nəsimi

1

Üzün mehrindən, ey dilbər, həqin ənvarı-lame’dir Ki, anın məzhəri, yeri ilaha Misri-came’dir.

Camalın yeddi ayatı ki, zülfü qaşü kirpikdir, Qılır izhari-həq zahir, bəyanı gör ki, vaqe’dir.

Müdəvvər nöqteyi-ağzı ki, sövtü nitqidür bürhan, Əyandır hər kəlamından, bu höccət bil ki, qate’dir.

Dönər həqdən yəqin zahid ki, qılmaz adəmə səcdə, Yəqinsiz əbləhi gör kim, necə şeytana tabe’dir!

Çü əhli-mə’rifət qədri bu yerdə qalmadı, arif, Rəvan ol bir yerə daxi ki, ərzüllah vase’dir.

Rümuzi-əlləməl-əsma hər əhvəl bilmədi həqqa Ki idrakatı mə’nidə gümanü zənn mane’dir.

Hicabı rəf’ edən arif görər mir’atı vəchində, Camali-həqqi bişübhə kim, ol işbaha rafe’dir.

Nəsiminin sözü həqdir, gətir iqrar, ey münkir, Kitabi-vəch ilə, üştə, dəlil – ayati-sabe’dir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Ənvar – Nurlar; Bürhan – Dəlil, sübut; Rümuz – Rəmzlər S; Əsma – Adlar; Əhvəl – Çəpgöz, əyrigöz; Mir – Ağa; İşbah – Oxşarlar; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.