Əsas məzmuna keç

Qəzəl

Üzün gördüm, dedim əlhəmdülillah

İmadəddin Nəsimi

1

Üzün gördüm, dedim əlhəmdülillah, Boyun gördüm, oxudum qülhüvəllah.

Müsəlsəl zülfünü gördüm müənbər, Müqəvvəs qaşların nəsrün-minəllah.

Qaraqçı gözləri yəğmalarından Şəha, dönüb deməz əstəğfürillah.

Dodağın şərbəti eyni-şəfadır, Səqahüm rəbbihüm min rəhmətüllah.

Camalın görmüşəm, ayrılmağım yox, Əgər inanmasan, vallahü billah.

Mənim könlüm sana heyran olubdur, Nə kim, cabbar qılır əlhökmilillah.

Otuz iki hüruf oldu vüsalın, Vüsalındır, vüsalın, eyivallah!

Nəsuh gər qıldısa bir qatla tövbə, Nəsimi tövbəsi tubu iləllah.

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.