Əsas məzmuna keç

Qəzəl

Üzün dövründə, ey huri, camalü hüsn ilə hər kim

İmadəddin Nəsimi

1

Üzün dövründə, ey huri, camalü hüsn ilə hər kim Qəmərtək də’viyə düşdü, üzündən şərmsar oldu.

Hilalın qabə qövseyni nə qüdrət qövsimiş, yarəb, Ki, qurban oldu ol yaya cahanü can şikar oldu.

Üzündən kim ki, şeytantək hidayət bulmadı nura, Əzəldən ta əbəd şəksiz, ləinü əhli-nar oldu.

Əgərçi firqətin qışdır ki, əl bərdü ədüvvid-din, Həqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.

Nə tubadır boyun, yarəb ki, sərv ana sücud eylər, Nə kövsərdir əcəb lə’lin ki, xəmri bixumar oldu.

Sulu inculərin dürcü qodu əndişə həm adın, Məgər əndişənin eyni ləbin dövründə var oldu.

Səyamın ayıdır üzün, saçın qədr, üştə həq tanuq, Gəl, ey vəhyi bilən arif ki, Qur’an aşikar oldu.

Saçın qalubəla rəmzin nədən faş eylədi xəlqə, Məgər qövlü qərarından qərarı biqərar oldu?

Rümuzi-leylətül-əsra, gəl, ey zahid, eşit məndən Ki, ol bildi bu sirri kim, əmini kirdigar oldu.

Hesabın saəti gəldi nə sayırsan, nə sanırsan? Şümarın sağişin bil kim, hesabın bişümar oldu.

Vücudun şəhrini fəth et, əmirü şəhriyar ol kim, Bu şəhri kim ki, fəth etdi, əmirü şəhriyar oldu.

Mən ol Mənsuram, ey arif ki, həqdən bulmuşam nüsrət, Ənəlhəq söylərəm daim ki, ömrüm payidar oldu.

Hüvəl əvvəl, hüvəl axir gedər səndən ikilik kim, Nəsimi yar ilə çün kim ulaşdı, külli-yar oldu.

Lüğət: Hidayət – Doğru yolda rəhbərlik; Nar – Od; Xəmr – Şərab; Dürc – Mücrü; Əndişə – Fikir; Qövl – Qohum; Rümuz – Rəmzlər S; Şümar – Say T; Bişümar – Saysız-hesabsız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.