Əsas məzmuna keç

Qəzəl

Üzün bədri cahanın danəsidir

İmadəddin Nəsimi

1

Üzün bədri cahanın danəsidir, Yerü göy, ayü gün pərvanəsidir.

Cahanü dinü dil zülfünə, canım, Əgər layiq düşər, şükranəsidir.

Üzündür ayətəlkürsi anınçün, Kəlamüllah məhrəmxanəsidir.

Saçın zəncirinə düşdü bu könlüm, Müsəlsəl zülfünün divanəsidir.

Qaşınla kirpigin, zülfünlə xalın, Hərami gözlərin məstanəsidir.

Tutuşmuş eşq odu can ilə cismə, Bu dərdi kimsə bilməz yanəsidir.

Üzündə abid olmuşdur Nəsimi, Nəsiminin bu gün cana nəsidir?

Lüğət: Bədri – müəmməm – Əmmaməli ay; Dil – Ürək; Kəlamüllah – Allah sözü

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.