Əsas məzmuna keç

Qəzəl

Üzbəüz olmuşdu mənlə dün gecə bir nazlı yar

Məhəmməd Füzuli

1

Üzbəüz olmuşdu mənlə dün gecə bir nazlı yar, Zövq alırdı sübhədək ol yardən bu qəlbi-zar.

Yar vəhşitəb, mən ülfətsevən, bəs neyləyim? Yar məndən möhnət öyrəndi, mən ondan qəm-qübar.

Ey fələk, heç də öyünmə tazə ayınla əbəs, Ol hilaləbru nigarım gözlə olsun aşikar.

Yolda qalmış gözlərim, mən düşmüşəm ardınca, ah! Bir baxışçün qoymasın barı nigarım intizar.

Bibəla olmaq mənə heç bir zaman mümkün deyil, Hər yanımda yüz bəla var zülfi-canandan kənar.

Söylədim: şahım, Füzuli bir qulamındır sənin, Söylədi: kimdir, haçan tutmuş o, kuyimdə qərar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.