Üz çevirmə, sevgilim, məndən, çəkərsən dərdi-sər
Üz çevirmə, sevgilim, məndən, çəkərsən dərdi-sər, Hərdən ahımdan mənim qoy çəkməsin qəlbin kədər.
Yatmıram, bir çarə qıl, yoxsa fəğanımdan mənim Yatmamaq dərdi sənə məndən də çox eylər əsər.
Qamətindən çəkmərəm, ey şəm, mən bir ləhzə göz, Odlu millər dideyi-giryanıma çəksən əgər.
Intizarın çəkmişəm bir ömr, ta kim, bilmişəm, Əhli-eşqə mehri-ruyin bir zaman xəncər çəkər.
Mən yaxamdan da qabaq yüz parə qıllam sinəmi, Sən əgər çəksən əlimdən damənin, ey simbər.
Mən bu yoldan xoşdiləm, çün sən gəlirsən lütf ilə, Ah, o gündən kim, bu yoldan eyləsən qəti-nəzər.
Möhnəti gülrulərin dünyada sanma tək budur, Ey Füzuli, var hələ məhşərdə bundan da betər.