Əsas məzmuna keç

Qəzəl

Uyumaz fəraqindən gözüm yaş tökərü qan axıdar

İmadəddin Nəsimi

1

Uyumaz fəraqindən gözüm yaş tökərü qan axıdar, Lə’lin qəmindən dəmbədəm yaqutü mərcan axıdar.

Yandırdı şövqün canımı, dəldi fəraqın bağrımı, Eşqin bəlası başıma gör kim, nə tufan axıdar.

Nitqindən oldum çün diri, eynəl-yəqin oldu bu kim, Lə’lindürür ol Isa kim, ağzın açar can axıdar.

Gəlgil unutma yarını, halın gör anın, sor anı, Şövqündən, ey dürdanə, gör gözdən nə ümman axıdar.

Şol incü surətli dişin gəlmiş xəyalı eynimə, Ağzımdan əsdafı anın lö’löi-qəltan axıdar.

Dürdündən, ey huriliqa, məstanə sun safi-şəfa, Kim, şərbətindən hər nəfəs min dərdə dərman axıdar.

Nuhun gəmisin istə kim, yetişdi tufan qopmağa, Seylabi-şövqü şöylə kim, bu çeşmi-giryan axıdar.

Mişkin saçın çövkanına çün başımı top etmişəm, Eşqin bəlasından yenə ol topu çövkan axıdar.

Lə’li-ləbin təfsirini söylər Nəsimi canlara, Şol rəsm ilən kim, sanasan Xızr abi-heyvan axıdar.

Lüğət: Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Yarın – Səhər; Şol – O; Çeşm – Göz; Giryan – Ağlar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.