Əsas məzmuna keç

Qəzəl

Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə

Məhəmməd Füzuli

1

Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə, Nola çəksən onu zənciri-zülfi-ənbərəfşanə.

Çəkər kafir gözün hər dəm cigərdən qəmzə peykanın, Nə gücdür bu, nə verdi alə bilməz bir müsəlmanə?

Bəla navəklərin sancılmasınmı köksümə hər dəm, Dolaşır şanə tək hər ləhzə ol zülfi-pərişanə.

Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən Dil eylər nalə, ya peykan dəgər sinəmdə peykanə.

Sədayi-navəkin çıxdıqca can xürrəm olur, guya, Bu zindani-bəladən çıxmağa rüxsət verər canə.

Boyanıb qanə, olmuş parə-parə güllər ə’zası, Məgər xəncər çəkib, sən sərv tək çıxdın gülüstanə?

Məlamət oduna yandın, Füzuli, çıx bu aləmdən, Tərəhhüm qıl, rəva görmə ki, aləm oduna yanə.

Lüğət: Peykan – ox; Navək – ox; Tərəhhüm – rəhm etmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.