Utanmaqdan deyil, açmaz söz ol şirinzəban bizdən
Utanmaqdan deyil, açmaz söz ol şirinzəban bizdən, Nə söz tapsın desin, axır tapılmaz bir nişan bizdən.
Fələk bir əyri çəngdir, biz yazıqlar ondakı simlər, Rizası dostların mizrabdır, qalxır fəğan bizdən.
Ünümlə zahirəm, zəfimlə pünhan, bu nə sevdadır Ki, biz aləmdə rüsvay olmuşuq, rüsva cahan bizdən.
Soruşma halımı, çəkmiş içimdə eşq odu şölə, Sümüklərdə ilik yanmış, qalıb qarə ilan bizdən.
Ürək dərdi sağaltmaqda, təbibim, mahir olsan da, Xəta qıldın, çox öldürdün, edərkən imtahan, bizdən.
Çətindir asitanından sənin üz döndərək, canan! Əgər ulduz kimi bir gün bəzənsə asiman, bizdən.
Sənəmlər nəzri qıldın, ey Füzuli, cism ilə canı, Sənəmlər qarşısında Tanrı qoymaz xar olan, bizdən.