Əsas məzmuna keç

Qəzəl

Uş yenə güllər açıldı, xarə söylən gəlməsün

Şah İsmayıl Xətai

1

Uş yenə güllər açıldı, xarə söylən gəlməsün. Söhbəti-xasdır bu gün, əğyarə, söylən, gəlməsün.

Gəlməsün meyxanəyə vəhdətdə qoyma müddəi, Abi-kövsərdən içən xümmarə, söylən, gəlməsün.

Bir həpəmdir bu ki, iqrar əhlidir məhrəm ana, Munda naməhrəm düşər inkarə, söylən, gəlməsün.

Eyşü işrət dəmidir, eşq əhlinə edin səlah, Yüzi çirkin, xuyi bədkirdarə, söylən, gəlməsün.

Çünki sərrafüz, bu bazar içrə gövhər görməniz, Almazız hər möhrədən, bazarə söylən gəlməsün.

Sərxoşuz, ruzi-əzəl peymanə şahdan içmişüz, Bu qədəhdən içməyən hüşyarə söylən gəlməsün.

Çün Xətayidir bu gün gülzari-vəhdət bülbüli, Dəxi ol zaği-siyəh gülzarə söylən gəlməsün.

Lüğət: Xarə – çaxmaq daşı, bərk daş; Abi – həyat – dirilik suyu; Peymanə – qədəh, piyalə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.