Əsas məzmuna keç

Qəzəl

Ürək odunda yanıb, şəm tək iztirabım var

Məhəmməd Füzuli

1

Ürək odunda yanıb, şəm tək iztirabım var, Alovlu qəlbim ilə dideyi-pürabım var.

Şəbi-fəraq gözüm bağlaram ki, özgələrə Nəzarə etməyim əsla, düşünmə xabım var.

Şəhid qıldı məni min cəfası xubların, Nə qəm ki, sorğuya bu həşrdə cavabım var.

Fələk bu dövri-müxalifdə qorxudarmı məni, Müşəvvəş olmuşam, hər zülmə, dərdə tabım var.

Mənə rəqib eləyib arxasında kölgəsini, Günəşlə indi mənim başqa bir hesabım var.

Nə cür bu sirri açım dərdi bilməyənlərə mən Ki, pis nəzərdən uzaq, gizli mahtabım var.

Füzuli, kimsəsiz oldum, bu qəm tükənməyəcək Ki, bunca hər kəsi gördükdə ictinabım var.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.