Əsas məzmuna keç

Qəzəl

Ulu kim, laf edər meydanə gəlsün

Şah İsmayıl Xətai

1

Ulu kim, laf edər meydanə gəlsün, Müxənnət gəlməsün, mərdanə gəlsün.

Ərəmlər mənzili həq mənzilidir, Ərənlər sahibi-ürfanə gəlsün.

Cuş etdi zülfiqarım, qında durmaz, Kim inkar əhlidir imanə gəlsün.

Əzəldən həq deyən əhli-təriqət, O kandan sürülüb bu kanə gəlsün.

Aralıxdan küdurətlər ərindi, Sürüldü lə’nət ol şeytanə gəlsün.

Günəhkarın günahından keçərlər, Yüz üstə sürülüb sultanə gəlsün.

Axan çaylar, axan arxlar, bulaqlar, Yerindən mövc urub ümmanə gəlsün.

Rəvayətdir hədisi-Mustafadan, Min il ölüb yatanlar canə gəlsün.

Xətayi xəstədir, kani-səxavət, Xəbər ver dərdlülər dərmanə gəlsün.

Lüğət: Laf – söz, danışıq; Cuş – qaynamaq, coşma

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.