Əsas məzmuna keç

Qəzəl

Uçub şahbaz tək könlüm, gəzərdi vəsl bağında

Xurşidbanu Natəvan

1

Uçub şahbaz tək könlüm, gəzərdi vəsl bağında, Pərü balını sındırdı fələk, bu pir çağında.

Gözümdə tardır dövran, məhü xurşidi-nurəfşan, Məhaq içrə olub pünhan, sanasan çərx tağında.

Sirişkim birlə kim, xali deyildir qamətin gözdən, Nə tez düşdü təravətdən o sərvin su qırağında.

Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin, Qalıbdır tirə xak içrə, məzarın gün qabağında.

Könüldə həsrətim qaldı, həzaran heyf kim, bir dəm Səni ta görmədim xürrəm, oğul, damad otağında.

Nədəndir intizar ilə o şəhla göz baxar heyran, Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.

Həmişə zarü dilməhzun, tökər gözdən sirişki-xun, Pərişan hal ilə daim, qəmü mehnət bucağında.

Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan, Rəvan əşki-bəsər hər yan olan gözlər bulağında.

Lüğət: Pir – qoca; Məhaq – ayın son gecəsi; Sirişk – göz yaşı Ş; Birlə – birgə; Xak – torpaq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.