Əsas məzmuna keç

Qəzəl

Uçub könlüm quşu meyl etdi bir sərvi-xuramanə

Məhəmməd Füzuli

1

Uçub könlüm quşu meyl etdi bir sərvi-xuramanə Ki, şölə meyl elər yüksəklərə, bax nari-suzanə.

Necə peykani-həsrət olmasın sinəmdə, mən məhrum, Yanında yer veribdir ol pərivəş zərfi-peykanə.

Qəzəblə camıma, ey darğa, baxma, qorxuram ondan Ki, ol çirkin qiyafətdən bulansın rəngi-peymanə.

Əvəz dünyasıdır, saqi yəqinimdir alar məndən Bu qanlı qəlbimi, versə əgər bir cami-məstanə.

Bəladır, dərdü möhnətdir, kədərdir, qüssədir, qəmdir Ki, olmuş hər sədaqət əhlinə hər yerdə həmxanə.

Demə kim, nuşi-rahətdən şirin şəhdü şəkər yoxdur, Dadarsan zəhri-möhnət zövqünü düşdükdə hicranə.

Məşəqqətsiz bir iş əsla, Füzuli, yoxdur aləmdə, Gərək hər bir şeyə dözmək cahanda, xoşdur ol, ya nə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.